Fransa və Almaniyadan Sarkisyana Qarabağ məktubu

Fransa və Almaniyadan Sarkisyana Qarabağ məktubu
  22 Sentyabr 2015    Oxunub:3067
"ATƏT-in Minsk Qrupunun həmsədri kimi Fransa Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı vasitəçilik səylərini qətiyyətlə davam etdirəcək".
AzVision.az “News.am”-a istinadən xəbər verir ki, bu barədə Müstəqillik günü münasibətilə Fransa prezidenti Fransua Ollandın Serj Sarkisyana göndərdiyi təbrik məktubunda bildirilir.

"Ümid edirəm ki, 2014-cü ilin oktyabrında Parisdə keçirilən iclasdakı irəliləyişlər məsələnin tezliklə həll olunmasına təkan verəcək", - deyə məktubda Olland qeyd edib.

Almaniyanın Federal prezidenti Yoahim Qauck da Sarkisyana göndərdiyi təbrik məktubunda Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll olunmasını arzulayıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti