Azərbaycanda 2-ci devalvasiya ola bilər – Proqnoz

Azərbaycanda 2-ci devalvasiya ola bilər – Proqnoz
  22 Sentyabr 2015    Oxunub:4532
Asiya İnkişaf Bankı (AİB) öz saytında yerləşdiyi hesabatda növbəti ilin əvvəlində Azərbaycanda milli valyutanın ikinci dəfə devalvasiyaya uğraması ilə bağlı məlumat yerləşdirilib.
AzVision.az məlumatına görə, AİB ekspertləri vurğulayır ki, manata sabitlik verən iki faktor bu il kəskin şəkildə düşüb.

Hesabatda vurğulanır ki, neftin qiyməti bir barelə görə 50 dollardan aşağı səviyyədə qalıb, ölkənin rəsmi valyuta rezervləri isə yanvar-avqust aylarında 30%-dən çox miqdarda aşağı düşüb.

AİB hesab edir ki, əgər bu tendensiya qalsa, onda bu ikinci devalvasiya ilə nəticələnəcək.

Qeyd edək ki, bu ilin fevral ayında Azərbaycan Mərkəzi bankı manatın devalvasiyanı həyata keçirib. Nəticədə milli valyutanın dəyəri dollara nisbətən 30% ucuzlaşıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti