Ölən şahzadənin həyat hekayəsi - FOTOLAR

Ölən şahzadənin həyat hekayəsi - FOTOLAR
  23 Sentyabr 2015    Oxunub:16765
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vitse-prezidenti və Baş naziri, Dubayın Əmiri Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktumun oğlu Rəşid bin Məhəmməd Əl Maktoumun ölümü günlərdir dünya mətbuatında müzakirələrə səbəb olub.

Gənc şahzadənin ürəktutmasından öldüyü bildirilsə də İran mətbuatında onun Yəməndə döyüşlərdə qətlə yetirildiyini iddia edildi. Sosial şəbəkələrdə də şahzadənin həyatı və ölümü ilə bağlı müxtəlif fikirlər səsləndirlir. Hətta bəzi mətbuat orqanlarında onun Azərbaycanla bağlılığından da söhbət açılır.

AzVision.az mərhum Şeyx Raşid bin Mohamed Al Maktoum həyatına nəzər salıb.



Mərhum Şeyx Raşid bin Mohamed Al Maktoum 12 noyabr, 1981-ci ildə Dubay şəhərində anadan olub və onun nəsli Bəniyas qəbiləsindəndir. Bu nəsil ərəb Körfəz ölkələrinin ən mühüm qəbiləsidir.

Raşid Dubay məktəblərinin birində təhsil almış və daha sonra Raşid xüsusi məktəbdən məzun olub. O, Böyük Britaniyanın tanınmış Santherset Hərbi Akademiyasında təhsilini davam etdirib və 2002-ci ildə məzun olub.



Şeyx Raşid bin Mohamed Al Maktoum atasından götürdüyü uğurlu qərar qəbul etmək kimi yüksək əxlaqi və insani keyfiyyətlərlə tərbiyə olunub və bunlar onun bir şəxsiyyət kimi formalaşmasında böyük rol oynayıb.

Şeyx Raşid bin Mohamed Al Maktoum rəsmi vəzifələri ilə yanaşı xeyriyyə tədbirləri kimi humanist fəaliyyətlərə də önəm verib. Bunlardan ən əhəmiyyətlisi Dubay Xeyriyyə “Sədəqə” təşəbbüsü və uşaqlar üçün təhsil imkanlarının artırılmasını göstərmək olar.



-Həmçinin Şeyx Raşid bin Mohamed Al Maktoumun Əmirlikdə idmanın inkişafında böyük rolu olub:

O, bir neçə idman yarış və tədbirlərində iştirak edib. Eyni zamanda Dubay İdman və Mədəniyyət klubunun yaradılmasında iştirak edib və həmin klubun sədri olub. Sonradan 2005-ci ilin fevral ayında Milli Olimpiya Komitəsinin sədri vəzifəsini qardaşı Şeyx Əhməd bin Mohamed bin Raşid Al Maktouma həvalə edib.



Bu klubun Şeyx Raşidin liderliyi altında yeni nəslin mədəni,idman və ictimai sahələrdə tərbiyə olunması və hazırlanmasında , həmçinin gənclərə vətənpərvərlik hisslərinin vəsf edilməsində çox böyük rolu olub.

Şeyx Raşid yalnız milli idmana deyil eyni zamanda beynəlxalq idman sahəsinə də böyük töhfə verib.



Şeyx Raşid bin Mohamed Al Maktouma atçılıq idman növünə çox həvəs göstərib və bu sahədə yerli və dünya səviyyəsində tanınmış simalardan olub. Özü, atası Şeyx Mohamed bin Raşid Al Maktoum və qardaşı Şeyx Hamdan bin Mohamed Al Maktoum ilə birgə dünya səviyyəsində yarışlarda iştirak edib və bir neçə mükafat alıb.

Bunlardan ən əhəmiyyətlisi Fərdi Qızıl Medal,Asiya oyunlarının çərçivəsində “Assiyad Əl Doha”ni qazanıb.





Hafiz Əhmədov


Teqlər:





Xəbər lenti