Dolların qiyməti dəyişdi

Dolların qiyməti dəyişdi
  23 Sentyabr 2015    Oxunub:1663
Bu gün sentyabrın 22-i ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə möhkəmlənib.
AzVision.az-ın məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) sentyabrın 23-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi ötən gün ilə müqayisədə 0,0003 manat və ya 0,03% artaraq 1,0485 manat olub.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0066 manat və ya 0,56% azalaraq 1,1676 manata enib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti