Rusiya İŞİD-çilərə təlim keçir – XİN rəhbəri

Rusiya İŞİD-çilərə təlim keçir – XİN rəhbəri
  23 Sentyabr 2015    Oxunub:2021
Ukrayna xarici işlər naziri Pavel Klimkin Rusiyanı İraq və Şam islam Dövləti (İŞİD) terror təşkilatı yaraqlılarına təlimlər keçməkdə günahlandırıb.
AzVision.az xəbər verir ki, bu barədə o, “Rusiya 24 “ telekanalına müsahibəsində bildirib.

Ukraynalı nazirin iddiasına görə, terrorçuların böyük əksəriyyəti daha əvvəl İraq lideri Səddam Hüseynin ordusunda xidmət edib: “Rusiya onları, onların mentalitetini çox gözəl tanıyır. O , onlara təlimlər keçir”.

Qeyd edək ki, SSRİ həqiqətən də İraqa hərbi kömək edib və 1950-ci illərin sonunda İraq zabit və mütəxəssisləri üçün təlimlər keçib. Lakin Hüseynin Küveytə daxil olması və BMT Təhlükəsizik Şurasının bu ölkəyə qarşı sanksiyalar qəbul etməsindən sonra bu əməkdaşlıq yekunlaşdırılıb.

Xatırladaq ki, ötən ilin iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə İraq və Şam İslam Dövləti (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.
İyunun sonunda "İslam Dövləti" İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində "İslam Xilafəti" yaratdığını elan edib. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət edib.


Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti