ABŞ və Rusiya İŞİD-ə qarşı birləşə bilər

ABŞ və Rusiya İŞİD-ə qarşı birləşə bilər
  23 Sentyabr 2015    Oxunub:1535
ABŞ Rusiyanın Suriyadakı son hədəflərini bilmir, lakin İraq və Şam İslam Dövləti (İŞİD) terror təşkilatı ilə mübarizədə rəsmi Moskva ilə əməkdaşlıqda maraqlıdır.
AzVision.az “RİANovosti”yə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Ağ Ev rəsmisi Çoş Ernest bildirib.

“Biz hələ də Rusiya tərəfindən onların beynəlxalq koalisiyanı konstruktiv şəkildə dəstəkləməsi və son nəticədə İŞİD-i məhv etmək haqqında göndərdikləri siqnallarda maraqlıyıq”, - deyə Ernest vurğulayıb.

Eyni zamanda Ağ Ev təmsilçisi vurğulayıb ki, ABŞ rəsmi Moskva tərəfindən Suriya prezidenti Bəşər Əsəd rejiminı hərbi yardımın göstərilməsini qeyri-konstruktiv addım kimi qiymətləndirir. Prezident (Barak Obama) açıq şəkildə bəyan edib ki, Rusiyanın Əsədi dəstəkləməsi qərarı uğursuz addımdır.

Pentaqon rəsmisi Piter Kuk isə öz növbəsində bəyan edib ki, əgər Moskvanın səyləri yalnız İŞİD-ə qarşı və problemin diplomatim yolla həllinə istiqamətlənsə, onda ABŞ Rusiya ilə dialoqu davam etdirməyə hazırdır: “Bu hədəflərə uyğun olmayan hərəkətlər konstruktiv addımlar kimi qiymətləndiriləcək”.

Xatırladaq ki, ötən ilin iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə İraq və Şam İslam Dövləti (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.
İyunun sonunda "İslam Dövləti" İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində "İslam Xilafəti" yaratdığını elan edib. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət edib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti