Rumıniya Qarabağda sülh istəyir

Rumıniya Qarabağda sülh istəyir
  23 Sentyabr 2015    Oxunub:1583
Rumıniya Dağlıq Qarabağ münaqişə zonasında ədalətli sülhün bərqərar olmasını istəyir.
AzVision.az “Novosti-Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Rumıniya deputatlar palatasının xarici siyasət üzrə komissiyanın sədri Laslo Borbeli bildirib.

Borbeli qeyd edib ki, dünyadakı hadisələr və gərginliyin artmasını nəzərə alaraq Rumıniya regionda sülhün saxlanılmasını dəstləyir.

“Ümid edir ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin səyləri nəticəsində ədalətli sülh bərqərar olacaq”, - deyə Borbeli vurğulayıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti