Yeni soyuq müharibədə maraqlı deyilik - NATO

Yeni soyuq müharibədə maraqlı deyilik - NATO
  23 Sentyabr 2015    Oxunub:1907
Soyuq müharibə nə NATO nə də Rusiyanın marağında deyil. Lakin tərəflər arasında əməkdaşlığın bərpa olunması hər ikin marağına uyğundur.
AzVision.az xəbər verir ki, bu barədə Norveçin “Aftenposten” qəzetinə müsahibəsində NATO-nun baş katibi Yens Stoltenberq bildirib.

“Yeni soyuq müharibə heç kimə sərf etmir. Biz onun başlanmasına çalışmırıq. Biz Rusiya ilə əməkdaşlığa nail olmaq üçün işləməyə davam edirik. Bu həm bizim, həm də Rusiyanın maraqlarındadır”, - deyə Stoltenberq vurğulayıb.

NATO baş katibi bildirib ki, Ukraynada baş verənlər Qərb tərəfindən Rusiyaya olan inamı azaltdı: “Ukraynanın şərqində böhranı həll etməyin yeganə yolu Minskdə imzalanan sülh razılaşmalarına əməl etməkdir.

Suriyadakı vəziyyətə toxunan Norveç hökumətinin sabiq rəhbəri bəyan edib ki, NATO bu bölgədə Rusiya hərbçilərinin saytının əhəmiyyətli dərəcədə artığını müşahidə edir və bununla əlaqədar ABŞ və Rusiyanın əlaqələr yaratması olduqca əhəmiyyətlidir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti