Putin prezidentlərə Qurandan sitat gətirdi

Putin prezidentlərə Qurandan sitat gətirdi
  23 Sentyabr 2015    Oxunub:5972
Rusiya prezidenti Vladimir Putin Moskvada Avropanın ən böyük məscidinin açılış mərasimi zamanı Qurandan sitat gətirib.
Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir.

“Əminəm ki, bu məscid yalnız müsəlmanların deyil, digər dini inanclara məxsus şəxslərində səylərini birləşdirməyə yadım edəcək. Quranda deyilir: Yaxşı işlər görməkdə bir-birinizi ötməyə çalışın”, - deyə Putin bildirib.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Bu gün Qurban bayramı ərəfəsində 10 il davam edən rekonstruksiya işlərindən sonra Rusiya paytaxtı Moskvada yerləşən, tutumuna görə Avropanın ən böyük məscidini açıb.

Açılış mərasimində Rusiya müftilər şurasının sədri Ravil Qayhutdin, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Fələstin lideri Mahmud Abbas, Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Çeçenistan və Tatarıstan rəhbərləri Ramzan Kadırov və Rüstəm Minnəxanov, həmçinin Avropa ölkələrinin səfirləri, ənənəvi dinin nümayəndələri iştirak ediblər.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti