Putinin məscid açılışına Azərbaycandan kim qatıldı? – FOTO

Putinin məscid açılışına Azərbaycandan kim qatıldı? – FOTO
  23 Sentyabr 2015    Oxunub:17849
Rusiya prezidenti Vladimir Putin bu gün Qurban bayramı ərəfəsində 10 il davam edən rekonstruksiya işlərindən sonra Rusiya paytaxtı Moskvada yerləşən, tutumuna görə Avropanın ən böyük məscidini açıb.

Bu barədə AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir.

Açılış mərasimində Rusiya müftilər şurasının sədri Ravil Qayhutdin, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Fələstin lideri Mahmud Abbas, Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Çeçenistan və Tatarıstan rəhbərləri Ramzan Kadırov və Rüstəm Minnəxanov, həmçinin Avropa ölkələrinin səfirləri, ənənəvi dinin nümayəndələri iştirak ediblər.

Azərbaycanı açılış mərasimində ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu təmsil edib.



Məscidinin açılışı zamanı Rusiya prezidenti Vladimir Putin Moskvada Avropanın ən böyük məscidinin açılış mərasimi zamanı Qurandan sitat gətirib.

“Əminəm ki, bu məscid yalnız müsəlmanların deyil, digər dini inanclara məxsus şəxslərində səylərini birləşdirməyə yadım edəcək. Quranda deyilir: Yaxşı işlər görməkdə bir-birinizi ötməyə çalışın”, - deyə Putin bildirib.



Moskva "Cümə" məscidinin bu il 111 yaşı tamam olur. Məscidin möhtəşəm yenidənqurma layihəsinə 10 il sərf olunub.

Altı mərtəbəli məscid bura gələn bütün insanlar, o cümlədən əlillər üçün zəruri olan hər şeyi nəzərə alınmaqla inşa olunub. Günbəzin hündürlüyü 46 metr, diametri isə 27 metrdir. Məsciddə eyni zamanda 10 minə qədər insan dua edə bilər.

Məlumata görə, məscidin tikintisinə 170 mln. dollar vəsait xərclənib. Onu da qeyd edək ki, bütün bu xərclər federal büdcədən maliyyələşməyib və bura gələn müsəlmanların ianələri hesabına həyata keçirilib. Belə ki, giriş qapısı, vitraj pəncərələr, çilçıraqlar, mərmər elementlər, canamazlar Türkiyə tərəfindən hədiyyə edilib, Fələstin Dövlət Başçısı Mahmud Abbas 25 min dollar vəsaiti məscidin tikintisinə şəxsən verib.

Xatırladaq ki, Rusiyada 20 milyondan artıq insan islam dininə etiqad edir. Moskvada azı 2 milyon müsəlman yaşayır.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti