AB yenə də qaçqınlarlıa bağlı qərar verə bilmədi

AB yenə də qaçqınlarlıa bağlı qərar verə bilmədi
  23 Sentyabr 2015    Oxunub:1480
Avropa Birliyi mühacir böhranından dolayı yaranmış çətinliklərin həlli üçün xüsusi toplantı keçirib.

AzVision.az Fransanın “France-Press” xəbər agentliyinə istinadən bildirir ki, xüsusi əhəmiyyət daşıyan müzakirədə Avropa İttifaqı ölkələri arasında qaçqın qəbulu ilə bağlı mübahisə doğuran şərtlərə baxılıb.

Avropa Birliyi Komissiyasının təklif etdiyi plana görə, 120 000 nəfər mühacir qəbul etmiş ölkələr, digər ölkələrdəki qaçqınlardan da balanslı bölüşdürmə şəklində qəbul etməlidirlər, amma bu təklifə qarşı Şərqi Avropa ölkərinin zidd mövqe sərgiləməsi nəticəsində hələ ki, planın həyata keçirilməsi reallaşmayıb.

“France-Press” agentliyi yazır ki, Macarıstan, İtaliya və Yunanıstan qaçqın qəbulundan mənfəət güdərək, maddi xeyir götürməyə çalışırlar.

Avropa Birliyinin budəfəki xüsusi konfransı da ənənəvi olaraq mühacir böhranın həllində vahid qərarın qəbul edilməməsi ilə yekunlaşıb. Xatırladaq ki, bu yaxınlar keçirilmiş Avropa Birliyinin zirvə görüşündə də miqrant problemi uzun-uzadı müzakirə olunsa da, sonda heç bir qərar qəbul edilməmişdi.

Fərrux Həsənov
AzVision.az


Teqlər:  





Xəbər lenti