Məkkədə faciə - ölü sayı 717-ə çatdı (VİDEO)

Məkkədə faciə - ölü sayı 717-ə çatdı (VİDEO)
  24 Sentyabr 2015    Oxunub:13657
Ərəbistanında Həcc ziyarəti zamanı yaranan izdiham nəticəsində ölənlərin sayı 717 nəfərə çatıb.

Bu barədə Səudiyyə Ərəbistanı mülki müdafiə qurumundan bildirilib. Hadisə nəticəsində 805 zəvvarın xəsarət aldığı deyilir.

****

Məkkədə - Mina dağında bu gün baş verən izdihamda ölənlərin sayı 453-ə çatıb.

Bu barədə Səudiyyə Ərəbistanının Vətəndaş Müdafiəsi Nazirliyinin məlumatında bildirilir.

Məlumatda qeyd olunur ki, son məlumatlarda yaralananların sayının isə 719 olduğu bildirilir.

Hadisə yerində dörd mindən çox xilasedici işləyir.

***

Məkkədə növbəti dəfə faciə baş verib.

AzVision.az-ın məlumatına görə, bu barədə Səudiyyə Ərəbistanının dövlət televiziyası məlumat yayıb.

Belə ki, Məkkədə Həcc ziyarəti zamanı 150 nəfər ölüb, 400-dən çox şəxs isə yaralanıb.

Hadisənin səbəbləri barədə məlumat verilməyib.

Qeyd edək ki, sentyabrın 11-də Məkkədə qaldırıcı kranın zəvvarların üzərinə düşməsi nəticəsində 107 nəfər ölüb.

***

15:22

Səudiyyə Ərəbistanında Həcc ziyarəti zamanı yaranan qarışıqlıq nəticəsində ölənlərin sayı artır.

Səudiyyə Ərəbistanı mülki müdafiə qurumu ölənlərin sayının 310-a yüksəldiyini açıqlayıb. Yaralıların sayının 450 nəfər olduğu bildirilir.

Faciənin zəvvarların Minada şeytan daşladığı zonaya gedən iki ana yoldan birində baş verdiyi xəbər verilir. Bəzi iddialara görə, yollardan yalnız biri açıq olub.

Olay yerinə çoxlu sayda ambulans və xilasetmə qrupları göndərilib.




Teqlər:  





Xəbər lenti