Bakıdan Şarm Əl-Şeyxə reys açılır

Bakıdan Şarm Əl-Şeyxə reys açılır
  25 Sentyabr 2015    Oxunub:2069
Misirin “Eyr Kayro” aviaşirkəti beynəlxalq reyslərin coğrafiyasının genişləndirilməsi planları çərçivəsində Bakı-Şarm Əl-Şeyx reysini açacaq. Azərbaycanın paytaxtından Misirin məşhur kurort şəhərinə uçuşlar bu il noyabr ayının ortalarında həyata keçiriləcək.

Bu barədə məlumatı Misirin “Albavvabnyus” internet qəzeti “Eyr Kayro” şirkətinin direktorlar şurasının sədri Yasir əl-Ramlinin açıqlamasına istinadla verib. Onun sözlərinə görə, Azərbaycanın paytaxtı Bakıdan turist şəhəri Şarm Əl-Şeyxə aviareysin açılması haqqında qərar Mülki Aviasiya Nazirliyinin Orta Asiya və Avropa ölkələrindən turist axınının çoxalmasını təşviq etmək siyasətinin reallaşdırılması çərçivəsində qəbul edilib. (Azərtac)


Teqlər:  





Xəbər lenti