Məkkədən daha bir qara xəbər

Məkkədən daha bir qara xəbər
  25 Sentyabr 2015    Oxunub:4550
Məkkədə zəvvarların qaldığı oteldə yanğın baş verib.
Azərbaycanlı zəvvarlardan APA-ya verilən məlumata görə, yanğın zəvvarlarımızın qaldığı "Əli Musa" otelinin yaxınlığındakı bir başqa oteldə qeydə alınıb.

Hadisə yerinə çoxlu sayda polis, təcili yardım və yanğınsöndürənlər cəlb olunub. Yanğın baş verən oteldə köməksiz vəziyyətdə qalanlar qaldırıcı kranlar vasitəsi ilə evakuasiya olunublar. Zəvvarların sözlərinə görə, əraziyə 50-dən çox təcili yardım maşını cəlb olunub. Yanğın baş verən oteldə tüstüdən zəhərlənənlərin olduğu deyilir.

Qeyd edək ki, yanğınsöndürənlər yanğının qarşısını alaraq alovun yaxınlıqdakı digər otellərə keçməsinə imkan verməyiblər.


Teqlər:  





Xəbər lenti