15 ildən sonra ilk dəfə ABŞ-da

15 ildən sonra ilk dəfə ABŞ-da
  25 Sentyabr 2015    Oxunub:2119
Kuba rəhbəri Raul Kastro BMT Baş Assambleyasında iştirak etmək üçün ölkə rəhbəri qismində ilk dəfə ABŞ-ın Nyu-York şəhərinə səfər edib.
Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir.

Məlumata əsasən daha əvvəl onun qardaşı Fidel Kastro 2000-ci ildə BMT Baş Assambleyasında iştirak etmək məqsədilə ABŞ-a səfər etmişdi.

ABŞ – Kuba münasibətlərin gərginləşdiyi dövrdə ölkəni Assambleyada XİN rəhbəri təmsil edib.
Qeyd edək ki, bu Raul Kastronun ABŞ-a ikinci səfəridir. Bundan əvvəl Kastro qardaşları 1959-cu ildə Texas şəhərində olublar.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti