Məkkədəki faciə Allahdan böyük hədiyyədir - Kadırov

Məkkədəki faciə Allahdan böyük hədiyyədir - Kadırov
  26 Sentyabr 2015    Oxunub:10169
Çeçenistan prezidenti Ramzan Kadırov Məkkədə baş verən faciəni “Allahdan böyük hədiyyə” adlandırıb.
Oxu.Az-ın məlumatına görə, o bu barədə “Rus xəbərlər xidməti”nə müsahibəsində deyib.

“Mina dağında baş verən hadisə əsl faciədir. Biz Həccə gedən hər bir müsəlmanın burada ölməyi arzuladığını deyə bilmərik. Allah Həcc ziyarəti zamanı ölən hər kəsin günahlarını bağışlayır. Hər bir müsəlman Allahı görmək istəyir. Yəni bu həm faciədir, həm də Allahdan böyük bir hədiyyədir”, - Kadırov deyib.

Xatırladaq ki, dünən səhər saatlarında Məkkə yaxınlığında baş vermiş izdiham nəticəsində 753 nəfər ölüb, 860-dən çox zəvvar xəsarət alıb.


Teqlər:





Xəbər lenti