Məmmədyarov Nyu-Yokda həmsədrlərlə görüşüb

Məmmədyarov Nyu-Yokda həmsədrlərlə görüşüb
  26 Sentyabr 2015    Oxunub:1888
Sentyabrın 25-də Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 70-ci sessiyası çərçivəsində ATƏT Minsk Qrupunun həmsədrləri (Amerika Birləşmiş Ştatlarından Ceyms Uorlik, Rusiya Federasiyasından İqor Popov, Fransadan Pier Andryu) ilə görüşüb.
Bu barədə AzVision.az-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə ATƏT-in Fəaliyyətdə olan Sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik də iştirak edib.

Görüş əsnasında Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində müzakirələr davam etdirilib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti