Yaralı erməni əsgərlərin adları açıqlandı

Yaralı erməni əsgərlərin adları açıqlandı
  26 Sentyabr 2015    Oxunub:3294
Ermənistan Müdafiə Nazirliyi ötən gün cəbhədə Azərbaycan Ordusu tərəfindən zərərsizləşdirilmiş 16 hərbçinin adını açıqlayıb.
Yaralanan erməni əsgərkləri aşağıdakılardır:

Muradyan Arkadi Armenoviç, Tovmasyan Arutün Norikoviç, Vardanyan Karen Sasunoviç, Martirosyan Vanik Avetikoviç, Poqosyan Tatul Aşotoviç, Eloyan Serqey Arutunoviç, Papikyan Xaçatur Ayrikoviç, Baqdasarov Yaşa Arkadiyeviç, Stepanyan Arman Armenakoviç, Tarumyan Narek Sarmenoviç, Yeremyan Karen Anatoliyeviç, Safaryan Safar Arsenoviç, Qalstyan Vurq Aqasiyeviç, Xaçatryan Razmik Norikoviç, Qaribyan Sedrak Ovsepoviç, Ovannisyan Ayk Ovanesoviç.

Qeyd edək ki, sentyabrın 25-də qoşunların təmas xəttində düşmənin mövqelərimizə basqın etməyə cəhd göstərməsi nəticəsində ağır və qanlı döyüş baş verib. Erməni hərbi birləşmələrinin iriçaplı silahlardan, eləcə də 82 millimetrlik minaatanlardan istifadə etməsi nəticəsində Silahlı Qüvvələrimizin bir nəfər hərbi qulluqçusu əsgər Məmmədov Elşən Vaqif oğlu şəhid olub, 3 hərbi qulluqçumuz yüngül qəlpə yaraları alıb. Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin düşmənə qarşı güc tətbiq etməklə həyata keçirdiyi adekvat tədbirlər zamanı ona endirilən raket-artilleriya zərbələri nəticəsində qarşı tərəfin 4 hərbi qulluqçusu məhv edilib və 16 nəfərədək yaralısı var. Onlardan 10 nəfəri ağır vəziyyətdədir.


Teqlər:  





Xəbər lenti