Dəhşət: Gəlin cehizlərini yandırıb, intihar etdi

Dəhşət: Gəlin cehizlərini yandırıb, intihar etdi
  26 Sentyabr 2015    Oxunub:5941
8-ci kilometr bazarının arxasında yerləşən 9 mərtəbəli binaların birindəki yanğın bir nəfərin ölməsinə səbəb olub.
AzVision.az -ın musavat.com-a istinadən verdiyi məlumata görə, 1983-cü il təvəllüdlü Adıgözəlova Könül Əli qızı yanğın zamanı həyəcanlanıb və nəticədə özünü yaşadığı binanın 9-cu mərtəbəsindən atıb.

Mərhumun ailəsinin verdiyi məlumata görə, evdə baş vermiş yanğını K.Adıgözəlovanın özü səbəb olub. O, qayınanası yatan zaman evdə olan cehizlərini yandırıb və daha sonra özünü 9-cu mərtəbədən atıb.

İntihar edən K.Adıgözəlovanın atası bildirib ki, artıq iki ilə yaxındır ki, qızının ailəsində problemlər yaşanırdı: "Qızımı onlar öldürdü. İki ildir ki, qızıma əziyyət verirdilər, günahkar onlardır " - deyə mərhumun atası bildirib.


Teqlər:  





Xəbər lenti