Yaralanan erməni əsgərlərin 4-ü can verir

 Yaralanan erməni əsgərlərin 4-ü can verir
  26 Sentyabr 2015    Oxunub:4146
Təmas xəttinin Tərtər-Ağdam istiqamətində gedən qanlı döyüşlərdə yaralanan 16 erməni əsgərdən 4-nün vəziyyəti ağırlaşıb.
AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, bunu Ermənistan müdafiə nazirliyinin Mərkəzi Hospitalının baş həkimi Aram Asaturyan deyib. O, qeyd edib ki, yaralılar dərhal reanimasiya otağına yerləşdirilib: "Onların sağ qalma ehtimalı azdır. Hamısı komadadır." - deyə o, əlavə edib.

Qeyd edək ki, ötən gün cəbhədə baş verən döyüş zamanı Silahlı Qüvvələrimizin bir nəfər hərbi qulluqçusu əsgər Məmmədov Elşən Vaqif oğlu şəhid olub, 3 hərbi qulluqçumuz yüngül qəlpə yaraları alıb.

Erməni tərəfi isə dörd əsgər itirib, 16 əsgəri isə yaralanıb. Artıq yaralanan və ölən erməni əsgərlərin adı açıqlanıb.

Yaralanan erməni əsgərləri: müddətli hərbi xidmət keçən Arkadiy Muradyan, Arutyun Tovmasyan, Karen Vardanyan, Vanik Martirosyan, Tatul Poqosyan, Serqey Eloyan, Xaçatur Papikyan, Yaşa Baqdasarov, Arman Stepanyan, Harek Tarumyan, Karen Yeremyan, Safar Safaryan, Vurq Qalstyan, Razmik Xaçatryan, Sedrak Qaribyan və Ayk Ovannisyandır.

Döyüş zamanı məhv edilən əsgərlər isə Norayr Xaçatryan, Robert Mkrtçyan, Arut Akopyan və Karen Şaqinyan olub.


Teqlər:  





Xəbər lenti