Şeyx ABŞ-da erməni keşişlə görüşdü

Şeyx ABŞ-da erməni keşişlə görüşdü
  26 Sentyabr 2015    Oxunub:2654
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə ABŞ-a rəsmi səfər edib.
QMİ-nin mətbuat xidmətindən AzVision.az- a verilən xəbərə görə, Şeyxülislam sentyabrın 24-də Nyu-York şəhərində «Vicdana çağırış» Beynəlxalq Fondunun 50 illik yubileyinə həsr olunan mərasimdə iştirak edib.

Fondun xəttilə hər il dünyada böyük xidmət sahibi olan nüfuzlu şəxsiyyətlərə İlin mükafatının təqdim olunması münasibətilə təşkil olunan mərasimə A. Paşazadə dəvətl olunub.

Yubiley mərasimindən öncə Şeyxülislam A. Paşazadə Nyu-Yorkda «Vicdana çağırış» Fondunun Prezidenti A. Şnayerlə görüşüb.

Daha sonra QMİ sədri mərasimə dəvət olunan bir sıra tanınmış dövlət və din xadimləri ilə görüşüb.

İkitərəfli görüşlər çərçivəsində Şeyxülislam A. Paşazadə, həmçinin, Amerika erməni kilsəsinin başçısı Arxiyepiskop X.Barsamyanla görüşüb. Görüş zamanı Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə ədalətli həllinin tapılması yönündə dini liderlərin səylərinin əhəmiyyəti və görüşlərin davam etdirilməsi zərurəti vurğulanıb.

Nyu-Yorkda keçirilən görüşlərdə Şeyxülislam Allahşükür Paşazadəni Azərbaycanın ABŞ-dakı Fövqəladə və Səlhiyyətli səfiyi cənab Elin Süleymanov müşayiət edib.


Teqlər:





Xəbər lenti