Gəncədə qan töküldü
Belə ki, mağazanın işçisi ilə müştəri arasında başlayan mübahisə ikincinin bıçaqlanması ilə nəticələnib. Hadisə yerinə gələn polis əməkdaşları hadisəni törədən şəxsi ərazidən uzaqlaşmadan saxlayıblar.
Yaralı Gəncə şəhər sakini, 1991-ci il təvəllüdlü Elnur Ağayev xəstəxanaya çatdırılıb. Onun həyatını xilas etmək mümkün olub.