Tibb bacısı kişi həkimi bıçaqladı - Şəmkirdə olay

Tibb bacısı kişi həkimi bıçaqladı - Şəmkirdə olay
  27 Sentyabr 2015    Oxunub:8603
Şəmkirdə bıçaqlanma olub.
Hadisə Şəmkir Rayon Mərkəzi xəstəxanasında qeydə alınıb. Tibb ocağının reanimasiya şöbəsinin tibb bacısı Sadəgül İbadullayeva mübahisə zəminində xəstəxananın qanköçürmə şöbəsinin həkimi, 1959-cu il təvəllüdlü Nurəddin Məmmədovu bıçaqlayıb. Yaralı xəstəxanaya yerləşdirilib. Vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır. (Apa)


Teqlər:





Xəbər lenti