ABŞ cəbhədəki vəziyyətdən `narahat`dır

ABŞ cəbhədəki vəziyyətdən `narahat`dır
  28 Sentyabr 2015    Oxunub:1883
ABŞ dövlət katibinin Avropa və Avrasiya üzrə köməkçisi Viktoriya Nuland Nyu-Yorkda Ermənistanın xairici işlər naziri Edvard Nalbandyanla görüşüb.
AzVision.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, onlar Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsindəki vəziyyəti müzakirə ediblər.



Viktoriya Nuland təmas xəttindəki gərginliyin artmasından “narahat” olduğunu və atəşkəsin qorunmasının zəruriliyini vurğulayıb.

İki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli və ikitərəfli münasibətləri barədə fikir mübadiləsi aparan tərəflər yaxın günlərdə Ticarət və İnvestisiyalar üzrə Ermənistan-Amerika Şurasının ilk iclasının keçiriləcəyini bildiriblər.


Teqlər:  





Xəbər lenti