Marsda su aşkar edildi

Marsda su aşkar edildi
  29 Sentyabr 2015    Oxunub:2600
Marsda axar su və duz kütləsi aşkar edilib. Bu barədə NASA-nın tədqiqatçıları “Nature Geosciences” jurnalında məlumat veriblər.

MRO (Mars Reconnaissance Orbiter) peykindən əldə olunan görüntülərin təhlili Marsda maye halında kütlənin kanyonlar arasından axaraq nazik izlər buraxdığını və bu prosesin əsasən yay mövsümündə müşahidə olunduğunu aşkar ediblər. Suyun buxarlanması nəticəsində duz kütlələrinin izlərinə rast gəlinməsi bu planetdə həyat əlaməti olan rütubətliliyin mövcudluğuna dəlalət edir.

NASA-nın mütəxəssisləri daha öncə Marsın quru planet olduğuna dair fikirlərin öz təsdiqini tapmadığını vurğulayıblar.


Teqlər:





Xəbər lenti