Sanksiyalar bizə müsbət təsir edir – Rusiya prezidenti

Sanksiyalar bizə müsbət təsir edir – Rusiya prezidenti
  29 Sentyabr 2015    Oxunub:2990
Rusiya iqtisadiyyatına daha çox zərəri sanksiyalar yox, neft və digər xammal vasitələrinin qiymətinin aşağı düşməsi vurur.
AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Rusiya lideri Vladimir Putin amerikalı jurnalist Çarli Rouza müsahibəsində bildirib.

“Təbii ki, sanksiyalar zərər vurur. Lakin onlar Rusiya iqtisadiyyatının artım templərinin aşağı düşməsinin əsas səbəbkarı deyil. Bizim üçün əsas səbəb dünya bazarlarında ənənəvi ixrac məhsullarımız olan - neft, qaz və digər məhsulların qiymətinin aşağı düşməsidir”, - deyə Putin vurğulayıb.

Rusiya lideri qeyd edib ki, sanksiyalar prinsipial əhəmiyyətə malik deyil və hətta müəyyən dərəcədə ölkə iqtisadiyyatına müsbət təsir edir. Çünki onlar Rusiyanın özünün yüksək texnologiyalı iqtisadiyyatı, sənaye və elm sahəsinin inkişafını stimullaşdırır.
Prezident vurğulayıb ki, Rusiyanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlüyündən sonra yerli istehsalı dəstəkləmək olduqca çətin idi: “İndi isə sanksiyalar tətbiq olunandan sonra bizim tərəfdaşlar könüllü şəkildə bizim bazarımızdan getdilər. Bu isə bizə inkişaf üçün şərait yaradır”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti