Rusiyaya diktatorlar lazım deyil – Putin

Rusiyaya diktatorlar lazım deyil – Putin
  29 Sentyabr 2015    Oxunub:2184
Prezidenti Vladimir Putinin fikrincə, Rusiyaya diktatorlar yox, daxili və xarici dəyişikliklərə reaksiya verəcək dövlətin və cəmiyyətin qurulması üçün ədalətli prinsiplər lazımdır.
AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Rusiya lideri Vladimir Putin amerikalı jurnalist Çarli Rouza müsahibəsində bildirib.

Putin vurğulayıb ki, bütün ölkələrin öz öhdəlikləri və ənənələri var, lakin “hakimiyyətdə güclü adam” anlayışı adı altında çox şeyi başa düşmək olar.

“Əgər insanın diktatorluq meylləri varsa, bu ayrı məsələ. Lakin əgər ədalətli rəhbər öz səlahiyyətləri, qanun və cəmiyyətin böyük əksəriyyətinin maraqları çərçivəsində, ardıcıl və prinsipial formada hərəkət edirsə, onda bu tamam fərqli şeydir”, - deyə prezident hesab edir.

Putinin sözlərinə görə, Rusiyanın məhz ikinci növ insanlara ehtiyacı var.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti