Azərbaycanlı biznesmeni belə güllələdilər – VİDEO

Azərbaycanlı biznesmeni belə güllələdilər – VİDEO
  29 Sentyabr 2015    Oxunub:4612
Azərbaycanlı biznesmen Zülfüqar Əsədovun Volqoqradda öldürülməsi anı onun avtomobilinin video registratoru tərəfindən qeydə alınıb.
AzVision.az “Rent TV”yə istinadən xəbər verir ki, video görüntülərdən 32 yaşlı sahibkarın “Lexus” markalı avtomobildə evinə getdiyi görünür.

Avtomobili dayandırdıqdan sonra naməlum şəxs maşına yaxınlaşaraq tapançadan atəş açır.

Güllələr avtomobilin ön hissəsinə dəyib. Kadrlarda “Lexus”un salonundakı şəxslərin qışqırıqları eşidilir.



Qeyd edək ki, sentyabrın 26-ı Rusiyanın Volqoqrad şəhərində 32 yaşlı azərbaycanlı iş adamı qətlə yetirilib.

Hadisə dünən axşam 20:30 radələrində Volqoqradın Dzerjinski rayonunda baş verib. Naməlum şəxslər "Lexus" markalı avtomobildə olan azərbaycanlı iş adamına odlu silahdan atəş açıblar. Nəticədə ağır yaralanan azərbaycanlı xəstəxanaya yerləşdirilib. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Qətlə yetirilən iş adamı, 1983-cü il təvəllüdlü Əsədov Zülfüqar Mütəllim oğludur. 4 uşaq atası olan Zülfüqar Volqoqradda bizneslə məşğul olub. Əslən Şəmkirin Zəyəm kədindən olan iş adamı sentyabrın 26-dan axşam saatlarında yaşadığı evin qarşısında maskalı şəxslər tərəfindən odlu silahdan açılan atəş nəticəsində qətlə yetirilib.

Kalaşnikov avtomatı ilə silahlanan maskalı şəxslər Z. Əsədovun idarə etdiyi maşına yaxınlaşaraq ona bir neçə dəfə atəş açıblar. Hadisə zamanı avtomobildə başqa bir şəxs də olub. Lakin ona heç bir xəsarət yetirilməyib. Maskalı şəxslər Z. Əsədova avtomatdan bir neçə dəfə atəş açaraq, hadisə yerindən gəldikləri avtomobillə qaçıblar.

Ağır yaralanan Z. Əsədovu xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti