Rusiya səfiri: “Qarabağda müharibə olmayacaq”

Rusiya səfiri: “Qarabağda müharibə olmayacaq”
  29 Sentyabr 2015    Oxunub:2852
Dağlıq Qarabağ münaqişəsini hərbi yollarla həll etmək mümkün deyil. O yalnız danışıqlar masası və yalnız sülh yolu ilə həll oluna bilər.
AzVision.az xəbər verir ki bu barədə erməni KİV-nə müsahibəsində Rusiyanın ermənistandakı səfiri İvan Volınkin bildirib.

Səfirin sözlərinə görə, bu münaqişə ilə ATƏT-in Minsk qrupu və bütün beynəlxalq birlik məşğul olur: “Ona görə də mən heç bir gərginliyin olmayacağını düşünürəm”.

Rusiyalı diplomat qeyd edib ki, təmas xətti və sərhəddə baş verənlər böyük təəssüf hissi doğurur: “Mən ölən hərbçilərin ailələrinə başsağlığı verirəm”.

Ermənistan və Azərbaycan prezidentlərinin görüşünü ilin sonuna kimi təşkil etmək olarmı sualını Volınkin belə cavablandırıb: “Düşünürəm ki, bu mövzu nazirlərin Nyu-York görüşündə müzakirə edilib. Lakin təəssüflər olsun ki, görüşün nəticələrini bilmirəm”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti