Almaniya BMT TŞ-nin genişləndirilməsini istəyir

Almaniya BMT TŞ-nin genişləndirilməsini istəyir
  29 Sentyabr 2015    Oxunub:1874
Almaniyanın kansleri Angela Merkel Birləşmiş Millətlər təşkilatının daimi təhlükəsizlik şurasında islahatların aparılmasını, o cümlədən daimi şuranın tərkibinin genişləndirilməsini istəyib. Nyu-York şəhərində baş tutan BMT-nin zirvə görüşündə Merkel Almaniya daxil olmaqla Brazilya, Hindistan və Yaponiyanın BMT-nin daimi təhlükəsizlik şurasına üzv almağı təklif edib.

Qeyd olunan hər dörd ölkənin dövlət başçıları öz ölkələrinin BMT-nin daimi təhlükəsizlik şurasında təmsil olunmaq arzularını ciddi şəkildə irəli sürüblər.

Merkel Nyu-Yorkda olarkən məsələ ilə əlaqədar Rousseff, Modi və Abe ilə görüş keçirdib. Görüş zamanı sözügedən ölkə başçıları müzakirələrdə qeyd ediblər ki, dünyada gedən qlobal böhran və bir sıra siyasi münaqişələrə müxdaxilə üçün BMT-nin daimi təhlükəsizlik şurası legetimlik hüququ verir və bu, şuraya üzv olmaq çox önəmli faktordur.

Xatırladaq ki, Almaniya sonuncu dəfə 2011-2012-ci illərdə BMT-nin təhlükəsizlik şurasına rəhbərlik edib. Elə o illərdə Almaniya daimi təhlükəsizlik şurasında islahatın keçirilməsi və özünün şuraya daimi üzv qəbul edilməsi üçün dövlətlər arasında səsvermə keçirdi. Lakin səsvermənin nəticəsi uğurlu olmadığından, Almaniyanın istəyi qəbul edilməmişdi.

Fərrux Həsənov


Teqlər:





Xəbər lenti