“Coca-Cola” və “Fanta”nı evdə hazırlamaq mümkün olacaq - YENİLİK

“Coca-Cola” və “Fanta”nı evdə hazırlamaq mümkün olacaq - YENİLİK
  29 Sentyabr 2015    Oxunub:5590
ABŞ-ın “Keurig Green Mountain” şirkəti “Coca-Cola”şirkəti ilə əməkdaşlığı çərçivəsində bu gün qazlı içkilərin evdə hazırlanması üzrə avtomatların satışına başlayır.
Bu barədə AzVision.az “BuzzFeed”-ə istinadən xəbər verir.

Portal vurğulayır ki, “Coca-Cola” şirkəti uzun müddət qazlım içkilərin hazırlanması reseptini gizli saxlayıb. Klassik kola ilə yanaşı istehsalçının digər qazlı içkilərini (”Sprite” və “Fanta”) də ev şəraitində hazırlanaq olacaq.

İçkilərin hazırlanması üçün alıcılara sirop konsentratı və doymuş karbon qazı qablaşdırmalardan istifadə etməyə təklif edilir.
“Coca-Cola” hazırlayan aparatları əsasən internet-mağazalardan almaq mümkün olacaq. Avtomat məhdud sayda ABŞ-ın bir neçə mağazasında satışa çıxarılacaq.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti