Azərbaycanlı milyarderin kəndindən FOTOREPORTAJ

Azərbaycanlı milyarderin kəndindən FOTOREPORTAJ
  29 Sentyabr 2015    Oxunub:39039
...Bura Miyanküdür - dünyaca məşhur azərbaycanlı milyarder Mübariz Mənsimovun Masallı rayonunda yerləşən kəndi. 230 km yol qət edərək, nəhayət mənzil başına çatmışıq...

İlk addımda bu kəndin fərqli olduğu hiss edilir: ayağımızın altındakı kələ-kötür yol deyildi, hamar asfalt idi. Üzü dağa tərəf irəliləməyə başladıq. Yol boyu qırmızı kərpicdən tikilən evlər gözümüzə sataşırdı. Hər tərəfdə mal-qara otlayırdı, qırmız moruq kolları yol qırağına düzülmüşdü.



Nəhayət, insanların bir yerdə toplaşdığı çayxanaya çatırıq. Kəndlilər bizimlə söhbətdə Mübariz Mənsimov haqda fikirlərini bölüşürlər: “...Fəxrimizdir. Kəndimiz üçün məktəb tikdiridib, yol çəkdirib, qaz çəkdirib. Mübarizın atası Qurban kişi gəlib bizimlə çayxanda oturub çay içir. Çay pulumuzu da verir”.



Ağsaqqallarla sağollaşıb, milyarderin tikdiyi məktəbə getdik. Məktəbin yaşıl dəmir darvazaları önündə bir söz yazılıb: `Palmali`. Qapının önündə şəhid Nadir Aslanovun şəkli var. O, həm də Mübariz Mənsimovun əmisi oğludur.



...Kənddəki evlər qədimdir. Bəzilərinin hasaları belə yoxdur. Hər tərəfdən toyuq-cücə səsi gəlirdi, mal-qara otlayırdı. Dar və bir ənəvi kələ-kötür kənd yolu ilə gedib göy darvazalı və qalın divarlı evə çatdıq. Bura Mübariz Mənsimovun ata yurdudur.

Hafiz Əhmədov
AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti