Azərbaycan MDB-də ən rəqabətə davamlı ölkədir

Azərbaycan MDB-də ən rəqabətə davamlı ölkədir
  30 Sentyabr 2015    Oxunub:3011
Azərbaycan Dünya İqtisadi Forumunun (World Economic Forum, WEF) hazırladığı rəqabət qabiliyyətlilik reytinqində 40-cı yeri tutub.

AzVision.az xəbərinə görə, ötən il ilə müqayisədə Azərbaycan (2014-cü ildə 38-ci yeri tutub) iki pillə geriləyib.

Ümumilikdə, Dünya İqtisadi Forumunun reytinqdə 140 ölkə yer alıb.

Qeyd edək ki, Azərbaycan MDB ölkələri arasında ən yüksək yeri tutub. Belə ki, Qazaxıstan 42-ci, Rusiya 45-ci, Gürcüstan 66-cı, Ukrayna 79-cu, Tacikistan 80-ci, Ermənistan 82-ci, Moldova 84-cü yerdə qərarlaşıb.

Reytinqə İsveçrə başçılıq edir, ikinci və üçüncü yerləri Sinqapur və ABŞ tuturlar.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti