Pentaqon rəsmisi Bakı səfərindən sonra istefa verdi

Pentaqon rəsmisi Bakı səfərindən sonra istefa verdi
  30 Sentyabr 2015    Oxunub:2717
ABŞ müdafiə katibinin Rusiya, Ukrayna və Avrasiya üzrə köməkçisinin müavini xanım Evelin Farkas vəzifəsindən gedir.
“ABŞ Müdafiə Nazirliyinin yüksək rütbəli rəsmisi ABŞ müdafiə katibinin Rusiya, Ukrayna və Avrasiya üzrə köməkçisinin müavinin gələn ayın sonunda vəzifəsindən gedəcəyini açıqlayıb. O, Pentaqonda beş ildir ki, işləyib”, - deyə məlumatda bildirilir.

Nəşr qeyd edir ki, Farkasın yerinə adam tapmaq heç də asan olmayacaq. Çünki, Pentaqonda onun kimi bu ölkələri tanıyan çox ekspert yoxdur.

Materialda vurğulanır ki, Farkasın istefası “Barak Obama administrasiyasının Rusiyanın Ukrayna və Suriyada hərəkətlərinə necə cavab vermək barədə mübahisələrin getdiyi zamanda baş verib”.

Qeyd edək ki, Evelin Farkas sentyabrın 19-u Bakıda səfərdə olub. O, Azərbaycanda olduğu vaxt ABŞ-ın Qarabağda Rusiya sülhməramlılarının yerləşdirilməsinə qarşı olduğunu bildirib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti