`Twitter`dən vacib addım: 140 işarə limiti ləğv edilir

`Twitter`dən vacib addım: 140 işarə limiti ləğv edilir
  30 Sentyabr 2015    Oxunub:2703
Twitter 140 işarə limitindən imtina etməyə hazırlaşır. Buna səbəb istifadəçilərdən gələn şikayətlərdir.

AzVision.az xəbər verir ki, bu barədə `Re/code` resursu xəbər yayıb. Amma qərarın məhz nə vaxt tətbiq ediləcəyi dəqiqləşdirilməyib.

Qeyd edək ki, 2006-cı ildə yaradılan Twitter mikrobloq şəbəkəsinin əsas fərqləndirici cəhəti məlumatlara 140 işarəlik limitin qoyulması idi. Amma bir çox istifadiçlər gileylənirdilər ki, 140 işarə ilə fikirlərini çatdıra bilmirlər.

Yada salaq ki, hazırda bu ilin avqustunda Twitter şəxsi mesajlarda 140 işarə limitini ləğv etmişdi.

Qeyd edək ki, `Twitter`də 500 milyon insan qeydiyyatdan keçib, onlardan 302 milyonu aktiv istifadəçidir.

AzVision.az


Teqlər:





Xəbər lenti