Putindən gözlənilməz qərar - Ordu Suriyaya gedir

Putindən gözlənilməz qərar - Ordu Suriyaya gedir
  30 Sentyabr 2015    Oxunub:3832
Rusiya prezidenti Vladimir Putin ölkənin Silahlı Qüvvələrindən xaricdə istifadə etmək üçün icazə istəyib.
AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, artıq Putin bununla bağlı Federasiya Şurasına da müraciət edib. Federasiya Şurasının üzvləri məsələyə qapalı rejimdə baxılmasına səs verib və prezidentin istəyini qəbul ediblər.

Federasiya Şurasının sədri Valentina Matviyenko ordudan konkret harada istifadə olunacağını açıqlamayıb. Lakin Kreml administrasiyasının rəhbəri Sergey İvanov bildirib ki, Putinin müraciəti Suriyadakı vəziyyətlə bağlıdır. Belə ki, Suriya prezidenti Bəşər Əsəd Rusiyaya rəsmi şəkildə müraciət edərək ölkəsinə hərbi yardım göstərilməsini xahiş edib. .

Qeyd edək ki, Federasiya Şurası 2014-cü ilin martında Silahlı Qüvvələrdən Ukrayna ərazisində istifadə olunmasına icazə verilməsi üçün prezidentin müraciətini təmin edib.


Teqlər:  





Xəbər lenti