Miqrant məsələsi Merkeli bitirir: Reytinqi kəskin düşüb

Miqrant məsələsi Merkeli bitirir: Reytinqi kəskin düşüb
  03 Oktyabr 2015    Oxunub:1543
Almaniyada keçirilən sorğu zamanı məlum olub ki, kansler Angela Merkelin reytinqi xeyli geriliyib, əvəzində “Xristian Sosialistləri Birliyi” partiyasının sədri Horst Zeehoferin nüfuzu artıb.

AzVision.az “Der Spiegel” jurnalına istinadən məlumat verir ki, Merkelin yürütdüyü miqrant siyasəti onun imicini zədələyib. “Der Spiegel” və “TNS”-nin keçirdiyi sosial-siyasi araşdırma zamanı aydın olub ki, Merkelin sərgilədiyi qaçqın simpatiyası Almaniya daxilində ona olan rəğbəti aşağı salıb, amma siyasi rəqibi olan və miqrantlara müsbət yanaşmayan Horst Zeehoferin siyasi reytinqi nəzərəçarpacaq dərəcədə yüksəlib. Kansler xarici işlər naziri Frank-Valter Ştaynmayerin başçılıq etdiyi siyahıda 4-cü yerə düşüb.

Sıralamaya görə, ilk yerdə 67%-lə Frank-Valter Ştaynmayer, ikincidə 65%-lə maliyyə naziri Volfgang Şoyble, üçüncüdə 64%-lə federal prezident Yoaxim Gauk, dördüncü yerdə isə 63% reytinqlə Angela Merkel qərarlaşıb. İyun ayında keçirilmiş soruğu ilə müqayisədə Merkel siyasi nüfuzunun 5%-ni itirib.

İqtisadiyyat naziri Zigmar Qabriyelin siyasi çəkisi 7% artaraq 56-cı yerə qalxıb. “Xrsitan Sosialistləri Birliyi” partiyasının sədri Horst Zeehoferin reytinqi 6% artaraq 44-cü yerə yüksəlib.

“Xristian Sosialistlər Birliyi” partiyasının sədri Horst Zeehofer miqrantların Almaniyaya buraxılmasının əleyhinə fikirlərilə daim gündəmdə olub. O, bu məsələdə kansler Angela Merkel və Avstriya kansleri Verner Faymanı təqsirləndirərək, bildirib ki, mühacirlərin Almaniya və Avstriyaya buraxılması böyük səhvdir, bundan sonra Almaniya əvvəlki tək inkişaf etməkdə olan mühütə sahib ola bilməyəcək.

Fərrux Həsənov
AzVision.az


Teqlər:





Xəbər lenti