Rusiyanın zərbələri İŞİD-i sarsıdıb

Rusiyanın zərbələri İŞİD-i sarsıdıb
  04 Oktyabr 2015    Oxunub:2288
Rusiyanın Hava-Kosmik Qüvvələrinin üç gün ərzində Suriyada endirdiyi zərbələr İŞİD terror qruplaşmasının maddi-texniki bazasını sarsıdıb və döyüş potensialını zəiflədib.

APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, bunu Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəisi general-polkovnik Andrey Kartapolov bildirib.

“Zərbələr “Xmeymim” aviabazasından gecə-gündüz endirilirdi. Üç sutka ərzində biz terrorçuların maddi-texniki bazasını sarsıdıb, döyüş potensialını zəiflədə bildik”, deyə o bildirib.


Teqlər:  





Xəbər lenti