Ərini bıçaqlayıb, arvadını döydülər

Ərini bıçaqlayıb, arvadını döydülər
  04 Oktyabr 2015    Oxunub:2208
Neftçala rayonunda ərin bıçaqlanması və həyat yoldaşının döyülməsi ilə nəticələnən hadisə baş verib.
AzVision.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Şorkənd kəndində qeydə alınıb.

1969-cu il təvəllüdlü kənd sakini Füzuli Sahib oğlu Piriyev ailə münaqişəsi zəminində gəlininin əmisi tərəfindən bıçaqlanıb, həyat yoldaşı, 1977-ci il təvəllüdlü Şərafət Qurban qızı Piriyeva isə döyülərək müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Zərərçəkənlər Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Neftçala rayon Polis şöbəsində araşdırma aparılır.

AzVision.az


Teqlər:  





Xəbər lenti