Ata-anasını öldürdü - Dəhşətli qətlin TƏFƏRRÜATI
Q. Nəsibovun atasını küt alətlə, anasını isə boğaraq öldürdüyü bildirilir.
Q. Nəsibovun ruhi xəstə olduğu bildirilir.
Lent.az hadisənin təfərrüatını öyrənib. Məlum olub ki, rayonun Cəmilli kənd sakini, 27 yaşlı Qurban Nəsibov ailədə altı uşaqdan biri olub. Onun digər bacı-qardaşlar ailə qurub və ata evindən kənarda yaşayıblar. Ailənin iki oğlu evləndikdən sonra Bakıya köçüb.
Q. Nəsibov isə ruhi xəstə olduğundan valideynləri onun ailə qurmasına icazə verməyib. O, ata-anası ilə birgə yaşayıb.
Tərtər rayon Mərkəzi Xəstəxanasından da Q. Nəsibovun xəstəxanada ruhi xəstə kimi qeydiyyatda olduğunu təsdiqləyiblər. Bildiriblər ki, Q. Nəsibovun valideynləri mütəmadi olaraq onun müalicəsi üçün müraciət ediblər.
Onun bu gün ata-anasını öldürməsinin motivi hələlik bəlli deyib.
Tərtər rayon Prokurorluğundan bildirilib ki, Q. Nəsibov cinayəti törətməsinə əsaslı şübhəli olduğundan şübhəli şəxs qismində saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.7 maddəsi ilə cinayət işi başlanılıb.
***
Tərtərdə dəhşətli qətl hadisəsi baş verib.
Rayonun Cəmilli kəndində 27 yaşlı oğlan valideynlərinin həyatına son qoyub.
Ruhi xəstə olan kənd sakini Qurban Nəsibov atası 64 yaşlı Xanbaba Nəsibovu və anası Nazlı Nəsibovanı qətlə yetirib.
Yaxınlarının sözlərinə görə, anasını boğan gənc, atasının baş nahiyəsinə dəmir parçasıyla zərbələr endirib.
Hadisəni törətdikdən sonra səhər saatlarında qonşu kəndə, bacısının evinə gedən Qurban yaxınlarına ata- anasının yuxudan oyanmadığını deyib. Qohumları baş verən hadisədən bundan sonra xəbər tutub.
Hadisə yerinə rayon prokurorluğunun və polis şöbəsinin əməkdaşları gəlib. Hər iki meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyinin Tərtər rayon şöbəsinə aparılıb.
Cinayəti törətməkdə təqsirli bilinən Qurban Nəsibov artıq saxlanılıb. Faktla bağlı araşdırma aparılır. (Anspress)