Azərbaycanlı milyarder boşanır

Azərbaycanlı milyarder boşanır
  04 Oktyabr 2015    Oxunub:6938
Məşhur türkiyəli müğənni Ebru Gündeşlə bağlı yenidən hər kəsi təəccübləndirəcək xəbər yayılıb.
İfaçının həyat yoldaşı - azərbaycanlı iş adamı Rza Zərrabdan boşanmaq istədiyi bildirilir.

Cütlük bu yaxınlarda qızları Alaranın bir yaşını qeyd ediblər. Ad günü şənliyi mətbuata qapalı, xüsusi qonaqların iştirakı ilə keçirilib. Boşanma haqqında şayiə də məhz bundan sonra yayılıb.

Ebru Gündeşin həyat yoldaşı Rza Zərrabın adı 17 dekabr hadisələrində - hakimiyyətə qarşı qalxan qüvvələr sırasında çəkilmişdi. İş adamı bununla bağlı hətta həbs edilmişdi. Lakin bir müddət sonra Zərrab azadlığa buraxıldı.

Bu hadisələrdən sonra Ebru Gündeş və Rza Zərrab cütlüyünün sevgisi bir çoxlarında rəğbət yaratmışdı. Belə ki, ifaçı həyat yoldaşı həbsdə olan zaman "O səs Türkiyə" verilişinin canlı efirində ağlamış və Zərrabın tezliklə azadlığa çıxacağını gözləyəcəyini demişdi.



Bundan əvvəl də cütlüyün boşanma xəbəri yayılmışdı. Bəzi iddialara görə, Ebru Gündeş boşanmaq istəsə də, həyat yoldaşı onu təhdid edərək bir daha qızını göstərməyəcəyini deyib.

Bəzi xəbərlərdə bildirilib ki, Ebru Gündeşin həddən artıq pul xərcləməsi, konsertlərinə Zərrabın şəxsi təyyarəsi ilə getməsi cütlük arasında narazılığa səbəb olub.

Zərrab dəfələrlə həyat yoldaşına xəbərdarlıq etsə də, Gündeş buna məhəl qoymayıb və onlar arasında narazılıq yaranıb. Lakin bütün bu xəbərlər təsdiqini tapmadı və cütlük bunun şayiə olduğunu dedi.

Ebru Gündeşin həyat yoldaşı Rza Zərrab 1983-cü ildə Bakıda dünyaya gəlib. Əslən Cənubi Azərbaycandan - Təbrizdən olan Zərrabın adı əvvəllər Türkiyədəki azərbaycanlı ifaçı Günel Zeynalova ilə çəkilib.

Lakin sonradan cütlük ayrılıb və Zərrab 2010-cu ildə məşhur ifaçı Ebru Gündeşlə ailə qurub. Cütlüyün Alara adlı qızı var. (Anspress)



Teqlər:  





Xəbər lenti