Rusiya qırıcıları Türkiyə səmasında – Qalmaqal

Rusiya qırıcıları Türkiyə səmasında – Qalmaqal
  05 Oktyabr 2015    Oxunub:3910
Rusiyanın Türkiyədəki səfirliyi bu ölkə XİN-inə çağırılaraq ona etiraz notası təqdim olunub.
AzVision.az “Anadolu”ya istinadən xəbər verir ki, buna səbəb Suriyada İŞİD-ə qarşı əməliyyatlarda iştirak edən Rusiya qırıcılarının Türkiyə sərhədini pozmasıdır.

Qeyd edək ki, hadisə oktyabrın üçü Suriya ilə sərhəddə yerləşən Yaladağı şəhərində qeydə alınıb.Belə ki, Türkiyə HHQ məxsus iki “F-16” tipli təyyarə hava məkanında Rusiya qırıcısı aşkarlanıb. Bundan dərhal sonra Rusiya qırıcı Suriya istiqamətində Türkiyənin hava məkanını tərk edib.

Türkiyə XİN-in rəsmi Moskvaya ünvanlandığı bəyanatında belə bir hallarının təkrarlanmamasına dair çağırış yer alıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti