Hillari Klinton prezident ərini döyürmüş...

Hillari Klinton prezident ərini döyürmüş...
  05 Oktyabr 2015    Oxunub:9664
ABŞ-da Bill və Hillari Klintonların ailəsində zorakılıqdan bəhs edən kitab çapdan çıxıb.
Virtualaz.org saytı xəbər verir ki, kitabın müəllifi prezident Riçard Niksonun administrasiyasında köməkçi işləmiş Rocer Stoundur.

“The Clintons’ War On Women” adlı kitabda deyilir ki, Klintonlar ailəsində hökm sürən zorakılıqda təcavüzkar rolunda heç də ər deyil, arvad çıxış edirmiş.

Kitabda Hillari Klinton dəyişkən təbiətə malik, qəfildən özündən çıxıb aqressivləşən qadın kimi təsvir edilir. Onun zorakılığının qurbanları arasında gah ev qulluqçuları, gah xüsusi xidmət agentləri, gah da öz əri Bill Klinton olurmuş.

“Hillari Klintonun əri Billə qarşı sərt davranışının uzun tarixçəsi var. O, ərini döyüb, bərk əşyalarla vurub, cırmaqlayıb və qanını töküb”- deyə Stoun yazıb.

Kitabda 1993-cü ilin martında Bill Klintonun boynunda əmələ gəlmiş böyük cızıq barədə bəhs edilir. Kitab müəllifinin versiyasına görə, həmin vaxt Hillari vəfat edən atası ilə vidalaşmağa gedibmiş, Bill Klinton isə onun yoxluğundan istifadə edərək Ağ Evdə gecəni müğənni Barbara Streyzandla keçirib.

Bu haqda eşidən birinci ledi evə qayıdıb və ərini döyüb. Prezidentin mətbuat katibi isə insidentdən sonra jurnalistlərin Bill Klintonun boynundakı yara haqda soruşanda belə cavab verib ki, Ağ Ev rəhbəri üzünü qırxanda ehtiyatsızlıqdan boynunu yaralayıb.

Lakin Amerika mətbuatı kitab müəllifinin ziddiyyətli fiqur olduğunu və onun klintonlar ailəsində baş verənlər barədə yazdığı əhvalatlara skeptik yanaşmağın lazım gəldiyini yazır. Bir şərtlə ki, Klintonlar ailəsində hər şeyin hamar getmədiyinə dair faktı nəzərə alasan.


Teqlər:





Xəbər lenti