Sədr müavini qəzaya düşdü - Kəndlər işıqsız qaldı

Sədr müavini qəzaya düşdü - Kəndlər işıqsız qaldı
  06 Oktyabr 2015    Oxunub:3061
Xaçmazda yol-nəqliyyat hadisəsi baş verib.
Bu gün rayonun Xudat kəndində köhnə Xudat Kənd Bələdiyyəsinin keçmiş sədri, indiki sədr müavini Səyavuş İbrahimov idarə etdiyi "Niva"nı yolun kənarındakı beton elektrik dirəyinə çırpıb, nəticədə dirək aşıb. Sürücü özü xəsarət almasa da, ətraf kəndlər işıqsız qalıb.

Xaçmaz Polis Şöbəsinin Xudat bölməsi faktı təsdiqləyib. "Azərişıq" ASC-nin Xaçmaz şöbəsinin qəza briqadası nəticələrin aradan qaldırılması istiqamətində iş aparır.

Faktla bağlı araşdırmalar davam edir. (Ans)


Teqlər:





Xəbər lenti