Bakıda toyda mahnı davası - qan töküldü
Toy zamanı musiqi sifarişi üstündə qohumlar arasında mübahisə düşüb. Mübahisə edənlər şadlıq sarayının foyesinə çıxıblar və mübahisə davaya çevrilib. Dava zamanı 48 yaşlı İlqar Tağıyevə döş nahiyyəsindən , Musa Xidafirova isə sarğı nahiyyəsindən bıçaq xəsarətləri yetirilib. Yaralılar hadisə yerinə çağrılmış təcili tibbi yardım maşını ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıblar. Çoxlu qan itirən hər iki yaralı əməliyyat olunub.
Xətai Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerində araşdırma aparıblar. İdarədən APA-ya verilən məlumata görə, iki qohumunu bıçaqlayan şəxs məlumdur və onun tutulaması istiqamətində əməliyyat-axtarış tədbirləri görülür.
Teqlər: