Rusiyalı deputatlar Azərbaycandakı seçkiləri izləyəcək

Rusiyalı deputatlar Azərbaycandakı seçkiləri izləyəcək
  06 Oktyabr 2015    Oxunub:2018
Rusiya Dövlət Dumasının deputatlarından ibarət nümayəndə heyəti parlament seçkilərini müşahidə etmək üçün Azərbaycana səfər edəcək.

AzVision.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin Qazaxıstan Məclisinin (aşağı palatası) sədri Kabibulla Cakupovla görüşündə bildirib.

Görüş zamanı Narışkin müxtəlif seçki kampaniyalarındakı monitorinq missiyaları zamanı hər iki ölkə deputatlarının ümumi qaydalara riayət etdiklərini və bununla bağlı Rusiya və Qazaxıstanın mövqelərinin üst-üstə düşdüyünü vurğulayıb.

Narışkin Rusiya deputatlarının Qırğızıstanda müşahidəçi qismində iştirak etdiklərini, həmçinin tezliklə Belarus və Azərbaycana da bu məqsədlə səfər edəcəklərini bildirib. "Əminəm ki, seçkilərdə iştirak edəcək deputatlarımız prinsipiallıq nümayiş etdirərək, ümumi mövqedən çıxış edəcəklər", - Narışkin vurğulayıb.

Qeyd edək ki, Azərbaycanda parlament seçkiləri noyabrın 1-də keçiriləcək.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti