Ərdoğan liftdə qaldı - VİDEO

Ərdoğan liftdə qaldı - VİDEO
  06 Oktyabr 2015    Oxunub:9236
Belçikada Avropa Parlamenti rəsmiləri ilə görüşmək üçün səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan liftdə qalıb.

Lent.az-ın sozcu.com.tr-yə istinadən xəbərinə görə, prezidentin mindiyi lift uzun müddət işləməyib. Avropa Parlamentinin prezidenti Martin Şults ilə görüşən Ərdoğan daha sonra liftə minib. Lift isə çox yükləndiyi üçün işləməyib. Ərdoğanın mühafizəçiləri “bir nəfər düşsün” deyərək vəziyyətə müdaxilə ediblər.

9 nəfərin mindiyi liftdən bir mühafizəçi düşsə də, lift hərəkətə keçməyib. Daha sonra mühafizəçilər liftin nəzarət panelinə müdaxilə edib onu düzəltməyə çalışıblar.




Teqlər:





Xəbər lenti