Suriya böhranı azərbaycanlı milyarderi `vurdu`

  06 Oktyabr 2015    Oxunub : 2493
Suriya böhranı azərbaycanlı milyarderi `vurdu`
“Palmali” şirkətlər qrupunun sahibi, azərbaycanlı milyarder Mübariz Mənsimov maddi sıxıntı ilə üzləşib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb məşhur biznesmenin Rusiya prezidenti Vladimir Putinlə münasibətində soyuqluq yaranmasıdır. Çünki, regionda baş verən proseslərin fonunda bu gözlənilən idi. Putin bir güllə ilə iki dovşan vurur.

Belə ki, Mənsimovun işlərinin zəifləməsi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğanın cibinə təsir edəcək. Belə ki, əmisi və yeznəsi ilə birlikdə qurduğu BMZ Qrup Dənizçilik şirkətinin sahibi olduğu 5 yük gəmisini 10 illiyə Mübariz Mənsimova icarə verən Bilalın da işlərinin zəifləyəcəyinə gətirib çıxaracaq.

Bu cür iddiaları irəli sürüən Türkiyə mətbuatı hətta biznesmenin “Palmali Havacılık” adlı şirkətinə məxsus “Falcon 2000S” və “Falcon F7” təyyarələrinin satdığını da önə çəkib. Qeyd edək ki, “ “Falcon 2000S” 25, “Falcon F7” modelinin isə 50 milyon dollar qiyməti var.

Teqlər: