Rusiyada hamının danışdığı Azərbaycan toyu – VİDEO
Məlumata əsasən kortejin çəkilən videosu artıq “Youtube”-a yerləşdirilib və forum, sosial şəbəkələrdə geniş şəkildə müzakirə olunur.
Videoregistratorla çəkilən görüntülər oktyabrın 5-i qeydə alınıb. Kortejdə olan bəzi maşınlar toy limuzinin ötür, qırmızı işığa məhəl qoymur, piyadalara yol vermir və s.
Videoda ən maraqlı hadisələr isə 1:50 dəqiqədən sonra başlayır. Belə ki, kortejdə olan avtomobillərdən bəziləri gözlənilmədən Kosmonavtlar prospektində hərəkət istiqamətində əksinə hərəkət etməyə başlayır.
Avtomobillərdən birində Azərbaycan bayrağı asılıb.
Eldar Tanrıverdiyev
AzVision.az