Türk alim Nobel mükafatı aldı

Türk alim Nobel mükafatı aldı
  07 Oktyabr 2015    Oxunub:2251
İsveç Akademiyası bu il Kimya üzrə Nobel mükafatının qaliblərinin adını açıqlayıb.
AzVision.az xəbər verir ki, mükafat zədələnən DNT-nin `təmiri` və genetik informasiyanın saxlanılması zamanı molekulyar səviyyəni göstərən üsulun tapılmasına görə Tomas Lindal, Pol Modriç və Əziz Səncərə verilib. Türkəsilli alim Əziz Səncər hazırda ABŞ-da işləyir.

Qeyd edək ki, laureatlara verilən mükafata medal, şəxsi diplom və böyük həcmdə (10 milyon İsveç kronu- təxminən 1,5 mln. ABŞ dolları) pul mükafatı daxildir. Kimya, fizika, ədəbiyyat, tibb və fiziologiya üzrə Nobel mükafatlarının medalları Erik Lindberq, Nobel sülh mükafatının medalı Qustav Vigeland və Alfred Nobelin şərəfinə verilən İqtisadiyyat üzrə Svoriges Riksbank mükafatının medalı isə Qunver Svensson Lundqvist tərəfindən dizayn edilib.

Dekabrın 10-da İsveçdə təşkil olunan mərasimdə laureatlara mükafatı İsveç kralı özü şəxsən təqdim edir, eyni gündə Norveçdə keçirilən tədbirdə isə Norveç kralının iştirakı ilə Nobel sülh mükafatını Norveç Nobel Komitəsinin direktoru təqdim edir. Diplomlar hər laureat üçün fərdi olaraq tərtib edilir, diplomun bir hissəsi hər hansı bir təsvir, digər hissəsi isə yazı ilə tamamlanır.


Teqlər:  





Xəbər lenti